Filippin Audit Komissiyasının və INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupun sədri Hesablama Palatasında olub

Filippin Audit Komissiyasının və INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupun sədri Hesablama Palatasında olub Filippin Audit Komissiyasının və INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupun sədri Michael G. Aguinaldonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Hesablama Palatasında olub.
Maliyyə
22 May , 2019 17:09
Filippin Audit Komissiyasının və INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupun sədri Hesablama Palatasında olub

Filippin Audit Komissiyasının və INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupun sədri Michael G. Aguinaldonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Hesablama Palatasında olub.

Palatadan “Report”a verilən məlumata görə, Michael G. Aguinaldo Vüqar Gülməmmədova dəvət üçün təşəkkür edərək iki ölkənin Ali Audit Qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Görüş zamanı INTOSAI-ın üzv Ali Audit Qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyəti vurğulanıb və tədbirin təşkilatın özü və üzv dövlətlər üçün olan əhəmiyyəti diqqətə çatdırılıb.

Bundan başqa, hər iki ölkənin kənar dövlət maliyyə nəzarəti orqanı olaraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə əməkdaşlığının perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi