Yuxarı

​Apreldə Vergilər Nazirliyinə 9 min şikayət daxil olub

Prezident Administrasiyasından nazirliyin aparatına 33 müraciət, o cümlədən 19 ərizə, 13 şikayət və 1 təklif daxil olub

Bakı. 19 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanda vergi orqanlarına cəmi 9 028 müraciət daxil olub ki, onlardan 97,4%-i ərizə, 2,5%-i şikayət olub. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən məlumat verilib.

Müraciətlərin 42,1%-i kameral vergi yoxlamaları, 29,6%-i müxtəlif arayışların alınması, 8,2%-i vergi borcları, 1,8%-i səyyar vergi yoxlamaları, 1,4%-i operativ vergi nəzarəti, 0.5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 16,2%-i isə digər məsələlərlə bağlı olub. Ümumilikdə, müraciətlərin 64,1%-i müsbət həll olunub, 19,2%-i üzrə müvafiq izahatlar verilib, 2,7%-i əsassız sayılıb, 0,7%-i qismən həll olunub, 0,4%-i aidiyyəti üzrə göndərilib, 12,7%-i icradadır.

Hesabat dövründə Prezident Administrasiyasından nazirliyin aparatına 33 müraciət, o cümlədən 19 ərizə, 13 şikayət və 1 təklif daxil olub.

Aprel ayı ərzində Vergilər Nazirliyinin aparatının müvafiq struktur bölmələrinin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 133 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Hesabat dövründə vergilər naziri tərəfindən Ağdam şəhərində 23 vətəndaş qəbul edilib. Onların müraciətləri əsasən vergi nəzarəti tədbirləri, vergi qanunvericiliyi və inzibatçılığında dəyişikliklərin edilməsi, maddi yardım və güzəştli şərtlərlə kredit alınmasına köməklik göstərilməsi, sosial sığorta ödənişləri və s. məsələlərlə bağlı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi