Yuxarı

Fevralda Azərbaycanda sığorta agentlərinin forumu keçiriləcək

Forumda sığorta agentlərinin hesabatlarının müqayisəli təhlili aparılacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ Gələn ilin fevral ayında Bakıda Azərbaycandakı sığorta agentlərinin forumu keçiriləcək. Bu barədə "Report"a Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.

O.Bayramov bildirib ki, agentlərin forumunun fevral ayına təyin edilməsi agentlərin hesabatlarının gözlənilməsi ilə bağlı müraciətləri ilə əlaqədar olub. 

Forumda sığorta agentlərinin iki illik hesabatları arasında müqayisəli təhlil aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi