FES uçot dərəcəsini noyabrda artıra bilər

FES uçot dərəcəsini noyabrda artıra bilər İnvestorlar isə FES-in uçot dərəcəsinə noyabrda dəyişiklik etməyəcəyini düşünürlər
Maliyyə
4 Oktyabr , 2016 17:16
FES uçot dərəcəsini noyabrda artıra bilər

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ iqtisadiyyatı uçot dərəcəsinin artırılmasına hazırdır və ölkədə prezident seçkilərinin keçirilməsinə baxmayaraq, bu, noyabrda baş tuta bilər. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı ABŞ-ın Klivlend ştatı Mərkəzi Bankının rəhbəri Loretta Mester "Bloomberg" telekanalına müsahibəsində verib. O bildirib ki, FES-in ABŞ prezident seçkilərinə 1 həftə qalmış, noyabrın 1-2-də Vaşinqtonda keçiriləcək iclasda uçot dərəcəsini artırması mümkündür və seçkilər buna mane olmayacaq.

Qeyd edək ki, L.Mester FES-in 21 sentyabr iclasında uçot dərəcəsinin artırılmasını dəstəkləyib. O, ABŞ iqtisadiyyatının ilin II yarısında sürətlənəcəyini və inflyasiyanın FES-in 2% hədəfinə tezliklə çatacağına inandığını bildirib: "FES irəliyə baxmalı və gözləməməlidir".

Xatırladaq ki, maliyyə bazarları iştirakçıları FES-in noyabr iclasında, prezident seçkiləri ərəfəsində uçot dərəcəsinə dəyişiklik etməyəcəyini düşünürlər. Lakin bu cür açıqlamalar investorlarda müəyyən gözləntilər yarada bilər.

Son xəbərlər

Orphus sistemi