Yuxarı
    Bağlamaq

    FES-in iclasında uçot dərəcələrinin artırılması gözlənilmir

    Janet Yellen mətbuat konfransi keçirməyəcək

    Bakı. 1 noyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) noyabrın 1-2-də keçirəcəyi növbəti iclasında uçot dərəcələrini sabit saxlaması gözlənilir. 

    "Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, FES-in iki günlük iclasda ABŞ iqtisadiyyatının sürətlənməsi fonunda dekabrda keçiriləcək növbəti iclasda uçot dərəcələrini artırmaq barədə siqnallar verməsi gözlənilir.

    Belə ki, sentyabr iclasından etibarən ABŞ-da işsizlik müraciətləri azalır, inflyasiya artır, iqtisadi artım isə III rübdə gözləntilərdən daha da sürətli inkişaf göstərib. Bazar iştirakçıları FES-in uçot dərəcəsini artırmağa tam yaxın olduğunu, amma noyabrın 8-də keçiriləcək prezident seçkiləri öncəsində buna ehtiyac olmayacağını düşünürlər. 

    FES-in keçmiş əməkdaşı hazırda "JPMorgan " bankının iqtisadçısı olan Maykl Feroli (Michael Feroli) bildirib ki, hər kəs gərgin keçən ABŞ prezident seçkiləri ərəfəsində FES-in uçot dərəcələrini artırması siyasi cəhətdən təhlükəli olduğunu başa düşür.

    Xatırladaq ki, uçot dərəcələri ilə bağlı FES-in qərarı sabah saat 22:00-da açıqlanacaq. Bu iclasda FES rəhbəri Janet Yellenin mətbuat konfransı keçirməyəcəyi bildirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi