FES-in erkən faiz artımı daha effektiv olacaq

FES-in erkən faiz artımı daha effektiv olacaq ABŞ yaxın müddətdə 3% iqtisadi artıma çata bilməyəcək
Maliyyə
22 Oktyabr , 2016 17:24
FES-in erkən faiz artımı daha effektiv olacaq

Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ-ın San-Fransisko ştatının Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Con Vilyams (John Williams) oktyabrın 21-də verdiyi açıqlamasında uçot dərəcəsinin ən qısa zamanda mərhələli şəkildə artırılmasının daha effektiv olacağını bildirib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, C.Vilyams ABŞ-da inflyasiyanın səviyyəsinin 2% həddinə yaxınlaşdığını və iqtisadi artımın yavaş da olsa dayanıqlı yüksəliş trendinə daxil olduğunu deyib. ABŞ-ın iqtisadi artım tempinin 1,5 - 1,75% diapazonunda qalacağını ehtimal edən FES-in San-Fransisko rəhbəri yaxın zamanlarda 3% iqtisadi artımın mümkün olmayacağını qeyd edib.

O vurğulayıb ki, ölkə iqtisadiyyatının uzunmüddətli inkişafı inflyasiya, əmlak qiymətlərində həddindən artıq şişmə, resessiya kimi problemlərə yol aça biləcəyindən mərhələli şəkildə uçot dərəcəsinin artırılması bu tip risklərin qarşısını alır.

Son xəbərlər

Orphus sistemi