Federal Ehtiyat Sistemi uçot dərəcələrinin artması barədə siqnal verəcəkmi? - ŞƏRH

Federal Ehtiyat Sistemi uçot dərəcələrinin artması barədə siqnal verəcəkmi? - ŞƏRH 15 ildə uçot dərəcələrini 0,25% - 8% arasında dəyişib
Maliyyə
27 İyul , 2015 14:47
Federal Ehtiyat Sistemi uçot dərəcələrinin artması barədə siqnal verəcəkmi? - ŞƏRH

Bakı. 27 iyul. REPORT.AZ/ Federal Ehtiyat Sistemi (FES) sabah növbəti iclasını keçirəcək.

"Report" xəbər verir ki,  iclasda FES-in rəhbəri Jannet Yellenin öz çıxışında bu ilin sentyabr ayında uçot dərəcələrini artırması barədə üstüörtülü şəkildə siqnal verəcəyi ehtimal edilir. "Bloomberg" iqtisadi xəbər agentliyinin həyata keçirdiyi sorğu anketində iştirak edən iqtisadçıların 50%-i uçot dərəcələrinin sentyabr ayında artırılacağını düşünürlər. Qeyd edək ki, FES uçot dərəcəsi faizlərini 2008-ci ilin 16 dekabrından etibarən 0,25% həddində saxlayır. Son azalma da məhz bu tarixdə 0,75% ilə həyata keçirilmişdi.

Xatırladaq ki, FES son 15 ildə uçot dərəcələrini 0,25% - 8% arasında dəyişib. Aşağıdakı qrafikdən də göründüyü kimi FES uçot dərəcələri 1991-ci ildə 8% həddindən azalmağa başlayıb və hazırda 0,25% təşkil edir.

FES-in faiz artırma mərhələsinə qədəm qoyması ilə ABŞ dollarının bir qədər də güclənəcəyi, xammal qiymətlərinin düşəcəyi gözlənilir. Həmçinin likvid varlıqların risksiz ABŞ dövlət istiqrazlarına axması ilə dünya kredit bazarlarında likvidliyin azalması, fond birjalarından bir miqdar vəsait çıxışı ilə səhmlərin qiymətində də müəyyən azalma proqnozlaşdırılır. Əsasən inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının bu vəziyyətdən ciddi zərər görməsi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi