FED: Resessiya ehtimalı hələ çox yüksəkdir

FED: Resessiya ehtimalı hələ çox yüksəkdir Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-da resessiya riski hələ də mövcuddur. 
Maliyyə
6 Mart , 2018 16:27

Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-da resessiya riski hələ də mövcuddur. 

"Report" xəbər verir ki, bu qənaətə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) San-Fransisko bürosu apardığı araşdırmalardan sonra gəlib. 

Araşdırmada bildirilir ki, iqtisadiyyatın vəziyyətini göstərən indikator kimi hər zaman dövlət istiqrazlarının gəlirlilik əyrisi istifadə olunub. Əgər əyri yüksələn trend nümayiş etdirirsə, o zaman maliyyə bazarları iqtisadi artım proqnozlaşdırılır. Əgər əyri sabitlik nümayiş etdirirsə və yaxud aşağı meylli qrafikə malikdirsə, o zaman iqtisadiyyatın resessiya ilə üzləşməsi, hətta geriləməsi ehtimal edilir.

ABŞ-da isə son zamanlar gəlirlilik əyrisi getdikcə sabitləşib. Bəzi iqtisadçılar bunu müvəqqəti hal kimi qiymətləndirirlər. Baxmayaraq ki, ABŞ iqtisadiyyatı son rüblərdə artım nümayiş etdirib. Buna baxmayaraq, FED resessiya riskini yüksək qiymətləndirir. ABŞ-da uçot dərəcəsinin aşağı səviyyədə olmasına baxmayaraq, gəlirlilik əyrisinin sabit olması narahatlıq yaradır. Bu o deməkdir ki, maliyyə bazarları gələcəkdə faizlərin yüksəlməsini gözləmirlər. Yəni qısamüddətli faiz dərəcələri uzunmüddətli faiz dərəcələrindən daha yüksəkdir və yaxud eynidir. Bu vəziyyət maliyyə dilində gəlirlilik əyrisinin inversiyası adlanır.

Qeyd edək ki, 1955-ci ildən bu günə qədər gəlirlilik əyrisinin inversiyası, 9 resessiyanın xəbərçisi olub. Əsasən, inversiyadan 6-24 ay sonra iqtisadi durğunluq başlayıb. Aşağıdakı qrafikdə ABŞ-da 10 illik və 2 illik dövlət istiqrazları arasında spred (fərq) göstərilir. Yanvar ayı ilə müqayisədə fərq bir qədər artsa da, 15 illik orta qiymətdən xeyli aşağıdır. 

Son xəbərlər

Orphus sistemi