FED rəhbərinin çıxışından sonra dolların bahalaşması davam edə bilər

FED rəhbərinin çıxışından sonra dolların bahalaşması davam edə bilər Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin (Jerome Powell) bu gün Vaşinqtonda, Birləşmiş İqtisadi Komissiya qarşısında iqtisadi perspektivlərin icmalı mövzusunda çıxışından sonra dolların məzənnəsi daha da yüksələ bilər. 
Maliyyə
1 Mart , 2018 17:09
FED rəhbərinin çıxışından sonra dolların bahalaşması davam edə bilər

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin (Jerome Powell) bu gün Vaşinqtonda, Birləşmiş İqtisadi Komissiya qarşısında iqtisadi perspektivlərin icmalı mövzusunda çıxışından sonra dolların məzənnəsi daha da yüksələ bilər. 

"Report" xəbər verir ki, Amerika valyutası fevralın 27-də, FED rəhbərinin Konqresdəki çıxışından sonra bahalaşmağa başlayıb. 

Son nəticədə USD/EUR nisbəti 234-dən 1,218-ə düşüb. 

Qeyd edək ki, bugünki məruzədən sonra C.Pauel jurnalistlərin suallarına cavab verəcək. İnvestorlar sual-cavab əsnasında maliyyə bazarlarının volatilliklə üzləşə biləcəyini bildirirlər.

Texniki təhlillər onu göstərir ki, USD/EUR məzənnəsi 1,2092 səviyyəsində qərarlaşa bilər. Danimarkanın "Danske Bank" investisiya bankının analitiklərinin fikrincə, bu səviyyə yenidən avroya uzunmüddətli meyllənmək üçün uyğun hesab olunur. 

Son xəbərlər

Orphus sistemi