FED öz kriptovalyutasını buraxacaq

FED öz kriptovalyutasını buraxacaq Bakı. 1 dekabr. REPORT.AZ/ FED-in rəqəmsal valyutasını buraxması barədə danışmaq hələ tez olsa da, bu barədə artıq düşünməyə başlamışıq. Report Haberler saytına istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ Federal Ehtiyat Sistemi (FED) Nyu-York şöbəsinin rəhbəri Uilyam Dadli (William Dudley) verib.
Maliyyə
1 Dekabr , 2017 12:39
FED öz kriptovalyutasını buraxacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ "FED-in rəqəmsal valyutasını buraxması barədə danışmaq hələ tez olsa da, bu barədə artıq düşünməyə başlamışıq". "Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ Federal Ehtiyat Sistemi (FED) Nyu-York şöbəsinin rəhbəri Uilyam Dadli (William Dudley) verib.

Nyu-Cersi ştatının Rutgers Universitetində çıxış edən Dadli 11 000 dollar həddini aşan bitkoin üçün "dayanıqlı deyil" ifadəsini işlədib: "Bitkoinlə bağlı çox təmkinliyəm. Dayanıqlı bir maliyyə aləti olduğunu düşünmürəm. Məncə, daha çox spekulyativ əməliyyata bənzəyir".

U.Dadli bitkoinin ABŞ dollarına rəqib olmasının mümkün ola bilməyəcəyini bildirib. Bununla yanaşı, FED səlahiyyətlisi rəqəmsal valyuta texnologiyasına önəm verdiyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi