FED-in repo əməliyyatlarına tələb azalıb

FED-in repo əməliyyatlarına tələb azalıb ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) nağd pul əməliyyatına maliyyə bazarlarından gözləntilərdən az tələb gəlib.
Maliyyə
24 Dekabr , 2019 15:24
FED-in repo əməliyyatlarına tələb azalıb

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) nağd pul əməliyyatına maliyyə bazarlarından gözləntilərdən az tələb gəlib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 15 günlük qısamüddətli repo əməliyyatı üzrə təklif 35 mlrd dollar, tələb isə 28,8 mlrd dollar təşkil edib.

Məlumata görə, FED bu il maliyyə bazarlarından, ümumilikdə, 490 mlrd dollar cəlb etmək istəyir. Bu rəqəmə Federal Ehtiyat Sisteminin daha əvvəl 5 qısamüddətli repo əməliyyatı üzrə müsabiqələrə təqdim etdiyi 156 mlrd dollarda daxildir.

Qeyd edək ki, repo əməliyyatları üzrə ixtisaslaşmış beynəlxalq "Curvature Securities" təşkilatı ilin sonuna repo əməliyyatları üzrə faiz dərəcələrinin 3,55 - 3,75% civarında sabitləşdiyini və overnayt əməliyyatlarının repoya nisbətinin isə 2 dəfə çox olduğunu vurğulayıb.

Xatırladaq ki, FED ümumi girov depozitləri üçün bir günlük faiz dərəcələrinin, təxminən, 2%-dən 10%-ə qalxmasından sonra repo vasitəsi ilə bazarlarına likvidlik gətirir və maliyyə ehtiyatlarını artırmaq üçün dövlət istiqrazları alır.

Son xəbərlər

Orphus sistemi