Yuxarı
    Bağlamaq

    FED-in iyunda faizi artıracağı ilə bağlı ehtimallar kəskin yüksəlib

    Artıq gələn həftədən dolların möhkəmlənməsi prosesi başlaya bilər

    Bakı. 5 may. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırması ehtimalı 93%-ə çatıb. "Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, mayın 2-3-də keçirilən son iclasdan əvvəl bu göstərici 69% olub. 

    Son iclasın yekun çıxışında FED maliyyə bazarlarını faizləri iyun iclasında artıracağı barədə tam əmin etməsə də, o, ABŞ iqtisadiyyatında fundamental amillərin güclü olduğunu xatırladıb. FED həmçinin bildirib ki, ilk rübdə açıqlanan zəif iqtisadi göstəricilər müvəqqəti xarakter daşıyır və ABŞ-da istehlak həcmi yüksəlməyə davam edir.

    "Report"un analitik qrupu bu həftənin sonunda Fransada keçiriləcək prezident seçkilərindən sonra dolların məzənnəsinin qlobal valyuta bazarında möhkəmlənməyə başlayacağını proqnozlaşdırır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi