FED bu ildən aktivlərini azaltmağa başlaya bilər

FED bu ildən aktivlərini azaltmağa başlaya bilər Aktivlərin azaldılması uçot dərəcəsinin artmasına səbəb olacaq
Maliyyə
3 Aprel , 2017 13:23
FED bu ildən aktivlərini azaltmağa başlaya bilər
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FED) 4,5 trln. dollar həcmində olan aktivlərini bu ildən etibarən azaltmağa başlaya bilər. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Nyu-York FED-in rəhbəri Uilyam Dadli (William Dudley) "Bloomberg TV"-yə açıqlama verib. 

U.Dadli bildirib ki, "ABŞ iqtisadiyyatı hazırkı yüksək templərlə inkişafı davam edərsə, bu ilin sonu və ya 2018-ci ildə FED-in əlində olan istiqrazların müddətinin bitməsini gözləyəcəyinə təəccüb etməyəcəm. Mən bu dəfə FED-in istiqrazlara reinvestisiya etməsini gözləmirəm".

Xatırladaq ki, FED 2007-2009-ci il böhranında rekord həcmdə ipoteka qiymətli kağızları və xəzinədarlıq istiqrazları alaraq maliyyə bazarlarını likvidliklə təmin edib. Qeyd edək ki, U.Dadli FED menecerleri arasında ən böyük nüfuza sahib olan məmur sayılır.

Dadli, həmçinin bildirib ki, aktivlərin satılması yavaş sürətlə həyata keçiriləcək. Lakin proses FED-in uçot dərəcəsini artırmasına səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi