Mərkəzi Bank: Faizlərin azaldılması ilə bağlı banklarla aktiv dialoq davam etdiriləcək

Mərkəzi Bank: Faizlərin azaldılması ilə bağlı banklarla aktiv dialoq davam etdiriləcək Kiçik və orta sahibkarlığın maliyyə çıxışını artırmaq üçün yeni təşəbbüslər göstəriləcək
Maliyyə
13 Oktyabr , 2015 14:19
Mərkəzi Bank: Faizlərin azaldılması ilə bağlı banklarla aktiv dialoq davam etdiriləcək

Bakı. 13 oktyabr.REPORT.AZ/ Azərbaycanda 2016-cı ildə kreditərə çıxış imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq. Real sektorun, xüsusilə, kiçik və orta sahibkarlığın maliyyə çıxışını artırmaq üçün yeni təşəbbüslər göstəriləcək. Faizlərin azaldılması ilə bağlı banklarla aktiv dialoq davam etdiriləcək.

“Report”un verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında bildirib. O deyib ki, ipotekanın genişləndirilməsi də prioritetlərdəndir: "İpoteka Fondunun xətti ilə indiyədək 17 min 500 ailəyə 700 mln. manatdan artıq kredit verilib. Banklar tərəfindən də yarım mlrd. artıq ipoteka krediti verilib. Daşınmaz əmlak daha çox məşğulluq yaradır. Bu baxımdan ipotekanın canlandırılması mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə razılaşdırlılmaqla təklifləri təqdim edib. Burada vəsaitin artırılması, faizlərin azaldılması nəzərdə tutulur".

Sədr, həmçinin bildirib ki, əmanətlərin sığortalanması sisteminin təklmilləşdirilməsi ilə bağlı işlər aparılır: "Sistemin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi