"Facebook"un rüblük xalis mənfəəti 9% azalıb

"Facebook"un rüblük xalis mənfəəti 9% azalıb Şirkətin gəliri isə illik müqayisədə 39% artıb
Maliyyə
30 İyul , 2015 12:01
Facebookun rüblük xalis mənfəəti 9% azalıb

Bakı. 30 iyul. REPORT.AZ/ “Facebook” sosial şəbəkəsi bu ilin ikinci rübündə 4,04 mlrd. dollar gəlir və 719 mln. dollar xalis mənfəət əldə edib.

“Report” bildirir ki, dünyanın ən böyük sosial paylaşma saytlarından olan “facebook”un rüblük gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 39% artıb.

Əvvəlki gözlənti isə şirkətin hər səhm üçün 0,47 dollar (faktiki - 0,50 dollar olub) xalis mənfəət və 3,99 mlrd. dollar gəlir olub.

Bununla yanaşı bildirilir ki, şirkətin xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 9,1% azalıb.

“Facebook”un xalis mənfəətinin əvvəlki ilin eyni dövrünə nisbətən geriləməsinə güclənən dollar təsir edib. Şirkət açıqlamasında valyuta birjasındakı kəskin dəyişikliklərin mənfi təsirləri hesablanmazsa, gəlirinin əvvəlki ilin eyni dövrünə nisbətən 39% deyil, 50% artdığını bildirilib.

Son xəbərlər

Orphus sistemi