"Facebook" hər kəsə kreditdən istifadə etməyə imkan verəcək

"Facebook" hər kəsə kreditdən istifadə etməyə imkan verəcək Facebookun kriptovalyutası Libra və rəqəmsal pul qabı (Calibra) tətbiqinin vitse-prezidenti Kevin Veyl Facebook hər kəsin kredit istifadə etməsinə imkan verəcək deyib.
Maliyyə
6 Noyabr , 2019 15:49
Facebook hər kəsə kreditdən istifadə etməyə imkan verəcək

"Facebook"un kriptovalyutası "Libra" və rəqəmsal pul qabı (Calibra) tətbiqinin vitse-prezidenti Kevin Veyl "Facebook hər kəsin kredit istifadə etməsinə imkan verəcək" deyib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, "Facebook"un maliyyə xidmətləri sahəsində fəaliyyətini genişləndirəcəyini vurğulayan K.Veyl bu mərhələdə diqqətlərini rəqəmsal pul qabıya (Calibra) yönəldəcəklərini və indiyə qədər heç vaxt kredit istifadə etməyənlərin də kreditdən istifadə etmələrini təmin edəcəklərini vurğulayıb.

"Libra" üçün hər kəsin rəqəmsal cüzdan yarada biləcəyini qeyd edən K.Veyl bu da müştərilərin "Facebook"un maliyyə məhsullarına etibar etmələrinə əsas səbəb olacağını ifadə edib.

Xatırladaq ki, "Facebook"un kriptovalyutanı idarə edəcək "Libra" Birliyi kimi bir qeyri-kommersiya təşkilatı yaratmaq istədiyini və bu layihədə 100 tərəfdaşın iştirak etməsini hədəflədiyini vurğulayıb. "Libra" Birliyinin hazırda 20 tərəfdaşı var.

Son xəbərlər

Orphus sistemi