Fabritsio Fraboni: "Kredit Bürosu ölkədəki iqtisadi artıma böyük töhfə verəcək"

Fabritsio Fraboni: "Kredit Bürosu ölkədəki iqtisadi artıma böyük töhfə verəcək" IFC mütəxəssisi: "Onun maliyyə bazarına, insanların güzəranına böyük təsiri olacaq"
Maliyyə
19 Aprel , 2017 17:10
Fabritsio Fraboni: Kredit Bürosu ölkədəki iqtisadi artıma böyük töhfə verəcək
Report.az

Bakı. 19 aprel. REPORT.AZ/ "Azərbaycan hökuməti ölkədə kredit bürosunun yaradılmasına, kommersiya bankları ilə yanaşı özəl şirkətlərin də bu prosesin iştirakçılarına çevrilməsinə kifayət qədər dəstək verib." 

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycanın ilk özəl kredit bürosunun təsis edilməsinə həsr olunmuş tədbirdə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) baş əməliyyat mütəxəssisi Fabritsio Fraboni deyib.

Onun sözlərinə görə, bu gün baş tutmuş təsis yığıncağına qədər 2 il ərzində mütəmadi olaraq görüşlər, müzakirələr keçirilib: “Nəhayət, bu gün bizim 22 təsisçisi olan şirkətimiz var. Şirkət balaca olsa da, onun maliyyə bazarına, insanların güzəranına böyük təsiri olacaq. Söhbət təkcə məlumat bazasının yaradılmasından deyil, həm də böyük infrasrukturun qurulmasından gedir. O, ölkədəki iqtisadi artıma, kredit məlumatlandırma sisteminə böyük töhfə verəcək”.

Son xəbərlər

Orphus sistemi