"​ExpressPay" terminalları yeni ödənişlərin qəbuluna başlayıb

"​ExpressPay" terminalları yeni ödənişlərin qəbuluna başlayıb Artıq bu terminallar vasitəsi ilə "Bank Nikoil"un kreditlərini də ödəmək olar
Maliyyə
8 Dekabr , 2014 15:06
​ExpressPay terminalları yeni ödənişlərin qəbuluna başlayıb
Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın "Express Bank" ASC-nin yaratdığı "ExpressPay" ödəniş terminallarında "Bank Nikoil" ASC-yə aid kreditlər üzrə ödənişlərin qəbuluna başlanılıb. Bu barədə "Report"a "Express Bank"ın baş ofisindən məlumat verilib. 

Hazırda ödəniş terminallarında "Express Bank"a aid ödənişlər (kredit ödənişi, əmanət və cari hesabın artırılması, bank kartlarına onlayn rejimdə mədaxil), bir sıra mebel mağazalarına ödəmələr, "Bakcell" və "Nar Mobile" mobil operatorlar, kommunal və kabel televiziyası xidmətlərinə görə ödənişlər, bəzi provayderlərin internet xidmətlərinə görə ödəmələr aparmaq mümkündür. 

Qeyd edək ki, "ExpressPay" terminalları 2014-cü ilin may ayında istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi