​"Expressbank" xidmət şəbəkəsini genişləndirir

​"Expressbank" xidmət şəbəkəsini genişləndirir Yaxın vaxtlarda paytaxtda yeni filialların açılacağı gözlənilir
Maliyyə
10 İyun , 2015 16:16
​Expressbank xidmət şəbəkəsini genişləndirir

Bakı. 10 iyun. REPORT.AZ/ "Expressbank" ASC bu il ərzində mövcud filial şəbəkəsini genişləndirmək niyyətindədir. Ötən ay Bərdə şəhərində sayca 18-ci filialını açan bank bu il daha bir neçə yeni filial açmağı planlaşdırır. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, hazırda "Elmlər" və "Əhmədli" filiallarında son tamamlama işləri aparılır. Bundan başqa, bir neçə filial daha rahat və yeni ofislərə köçürüləcək.

"Expressbank" yeni filialların açılması ilə yanaşı, həmçinin digər rahat xidmət növləri də təqdim edir. Hazırda bankın rəsmi internet saytı hazırlanır və yaxın gələcəkdə müştərilərin ixtiyarına veriləcək. Saytda bir sıra yeni onlayn xidmət növləri olacaq.

Bundan başqa, "ExpressPay" terminalları, bankomatlar və POS-terminalların sayı artırılacaq.

Qeyd edək ki, "Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir və bunun 12-si Bakı və Sumqayıtda, qalanı bölgələrdə yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 7 000-dək POS-terminalı və 250-dək "ExpressPay" ödəniş terminalı var. 

Son xəbərlər

Orphus sistemi