"Expressbank" "Xəzri" pul köçürmə sisteminə qoşulacaq

"Expressbank" "Xəzri" pul köçürmə sisteminə qoşulacaq Sistemin Türkiyə bazarına çıxarılması ilə bağlı iş aparılır
Maliyyə
17 Noyabr , 2016 10:51
Expressbank Xəzri pul köçürmə sisteminə qoşulacaq

Bakı. 17 noyabr. REPORT.AZ/ “Express Bank” ASC "Kapital Bank" ASC-yə məxsus “Xəzri” beynəlxalq sürətli pulköçürmə sisteminə qoşulacaq. Bunu “Report”a açıqlamasında “Kapital Bank”ın Satış kanalları Departamentinin direktoru Vüsal Nağıyev deyib.

Onun sözlərinə görə, “Xəzri” ilə bağlı daha bir yerli və xarici bankla danışıqlar aparılır: “Hazırda Türkiyə bazarına çıxmaq üçün “Zıraat Bankası" ilə danışıqlar gedir. Həmçinin yerli banklardan “Amrahbank” ASC-nin də bu sistemə qoşulması üçün müzakirələr davam etdirilir”.

Qeyd edək ki, “Xəzri” sistemi MDB-nin 5 ölkəsini əhatə etməklə 3 500 xidmət məntəqəsində təqdim olunur. Sistemə indyə qədər “Atabank”, "Bank VTB (Azerbaijan)" və "AFB Bank" ASC-lər qoşulub. 

Son xəbərlər

Orphus sistemi