“Expressbank” terminalları ilə kart hesablarının artırılmasını məhdudlaşdırıb

“Expressbank” terminalları ilə kart hesablarının artırılmasını məhdudlaşdırıb Terminallarla yalnız manat hesablarını artırmaq mümkündür
Maliyyə
10 Fevral , 2017 12:34
“Expressbank” terminalları ilə kart hesablarının artırılmasını məhdudlaşdırıb

Bakı. 10 fevral. REPORT.AZ/ “Expressbank” ASC-də ABŞ dolları və avro ilə olan kart hesablarının “Expresspay” ödəniş terminalları ilə artırılmasına məhdudiyyət qoyulub.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, xarici valyutadakı hesablara pul qoymaq üçün “Expressbank”ın filiallarına (kassaya) yaxınlaşmaq və yaxud Bankın saytından “şəxsi kabinet”ə daxil olmaq lazımdır.

“Expresspay”da Azərbaycan manatı olan olan kart hesablarının artırılmasında isə heç bir problem yoxdur.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi