Yuxarı

"Expressbank" nağdlaşdırmaya görə komissiya tətbiq edib

Bundan əvvəl debet kartlarından nağdlaşdırma üçün komissiya haqqı tutulmurdu

Bakı. 11 may. REPORT.AZ/ "Expressbank" ASC debet kartlarından nağdlaşdırmaya görə komissiya haqqının tətbiqinə başlayıb. "Report"un verdiyi xəbərə görə, debet kartlarından nağdlaşdırma üzrə komissiya haqqı minimum 0,5% dərəcəsində müəyyən edilib. Banka məxsus bankomatlarda nağdlaşdırma üzrə komissiya 0,5% və ya minimum 1 manat, "MilliCard" üzrə 1% və ya minimum 1 manat, "Azericard" üzrə isə 3% və ya minimum 3 manat təşkil edəcək.

Xatırladaq ki, bundan əvvəl debet kartlarından nağdlaşdırma üçün heç bir komissiya tətbiq olunmurdu.

Qeyd edək ki, bu il ərzində "Expressbank" ASC Bakıdakı 3 filialı - "Cəfər Cabbarlı", "Azadlıq" və "Nərimanov" filiallarını bağlayıb. Fəaliyyəti dayandırılan filialların müştəriləri digər filiallara yönləndirilib. Belə ki, "Cəfər Cabbarlı" filialının müştəriləri "Əhmədli" filialına, "Azadlıq" filialının müştəriləri "Elmlər" filialına və "Nərimanov" filialının müştəriləri isə "Yasamal" filialına müraciət edə bilərlər.

Bununla yanaşı, bu il Bankın əvvəlcə "Elmlər", "Əhmədli", daha sonra isə "Xətai" filialı fəaliyyətə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi