Yuxarı

"Expressbank" müştərilərin faiz borclarını silib

Bu, ancaq xanım müştərilərə aiddir

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanın "Expressbank" ASC 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aztəminatlı xanım müştərilərinin faiz borclarını silib. Belə ki, kredit öhdəliyini yerinə yetirə bilməyən, uzun müddətdir ki, aylıq ödənişini vaxtında edə bilməyən xanımların faiz borcları Bank tərəfindən silinib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, gələcəkdə də sosial yönümlü tədbirlər davam etdiriləcək.

“Bu layihə çərçivəsində aztəminatlı, yaxınını itirmiş, xəstə ailə üzvü olan və daha çox maliyyə sıxıntısı keçirən bir sıra xanım müştərilərin faiz borclarını sildik. Məhz belə layihələr həyata keçirməklə ehtiyacı olan ailələrə kömək etmiş oluruq.” - deyə "Expressbank"ın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib.

Xatırladaq ki, "Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir (12-si Bakı və Sumqayıtda, 5-i - bölgələrdə). Bankın ölkə üzrə 90-dək bankomatı, 5 000-dək POS-terminalı və 180-dək "ExpressPay" ödəniş terminalı var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi