"Expressbank" manat əmanətlərini bahalaşdırıb

"Expressbank" manat əmanətlərini bahalaşdırıb Bakı. 27 mart. REPORT.AZ/ “Expressbank” ASC Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlər üzrə faiz dərəcələrini artırıb.Bu barədə “Report” Ban...
Maliyyə
27 Mart , 2017 11:55
Expressbank manat əmanətlərini bahalaşdırıb

Bakı. 27 mart. REPORT.AZ/ “Expressbank” ASC Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlər üzrə faiz dərəcələrini artırıb.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, məsələn, hazırda “Expressbank”da 1 il müddətinə milli valyuta ilə yerləşdirilən klassik əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 13,5-15% divident vəd edilir. İndiyə qədər illik gəlirlilik 12-12,9% olub. Bank 1 il müddətinə qəbul edilən yığım əmanətlərinin illik faiz dərəcəsini isə 11-12%-dən 13-14%-ə çatdırıb.

Kredit təşkilatının ABŞ dolları ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 368,69 manat olan 372 282 ədəd səhm əsasında formalaşıb. Səhmlərin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi