"Expressbank" konvertasiya haqqını artırıb

"Expressbank" konvertasiya haqqını artırıb Bank bununla bağlı müştərilərinə müraciət edib
Maliyyə
24 Avqust , 2016 09:49
Expressbank konvertasiya haqqını artırıb

Bakı. 24 avqust. REPORT.AZ/ "Expressbank" ASC müştərilərinə müraciət edib. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Məlumata görə, müraciətdə bildirilir ki, avqustun 25-dən "Expressbank"ın manat kartları üzrə konvertasiya əməliyyatları 4% komissiya ilə yerinə yetiriləcək. İndiyə qədər konvertasiya haqqı 2% olub. 

Əvəzində Bank valyuta kartları üzrə konvertasiya komissiyasını (2%) ləğv edib. Bundan sonra, bu növ konvertasiya əməliyyatları Mərkəzi Bankın cari məzənnəsi ilə yerinə yetiriləcək.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi