​"Expressbank"ın səhmdarları dəyişib

​"Expressbank"ın səhmdarları dəyişib Hazırda bankın səhmləri 2 hüquqi və 2 fiziki şəxsə məxsusdur
Maliyyə
26 İyul , 2016 12:41
​Expressbankın səhmdarları dəyişib

Bakı. 26 iyul. REPORT.AZ/ "Expressbank" ASC-nin səhmdarlarının tərkibində dəyişiklik olub. 

"Report" Banka istinadən xəbər verir ki, hazırda "Expressbank"ın səhmləri iki hüquqi və iki fiziki şəxsə məxsusdur. Halbuki, indiyə qədər Bankın səhmləri 4 hüquqi şəxs ("Ador" MMC - 42%, "AZENCO Group" - 40%, "EnerqoServis" MMC - 17,69%, "Avtonəqliyyatservis" MMC - 0,31%) arasında bölüşdürülmüşdü.

Bank "Kommersiya sirri" haqqında qanunun 4.1.2-ci maddəsini (təsisçilər (səhmdarlar) və onların payları haqqında məlumatların kommersiya sirri təşkil etməsi) əsas gətirərək səhmdarlarının adlarını açıqlamayıb.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 122 443 550 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 328,9 manat olan 372 282 səhm əsasında formalaşıb.

Son xəbərlər

Orphus sistemi