"Expressbank"ın öhdəlikləri kəskin artıb

"Expressbank"ın öhdəlikləri kəskin artıb Bakı. 31 iyul. REPORT.AZ/ “Expressbank” ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə 40% artaraq 2018-ci il iyulun 1-nə 440,153 mln. manata çatıb. Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi bu il ərzində 23% artaraq 205,365 mln. manata yüksəlib.
Maliyyə
31 İyul , 2018 10:17
Expressbankın öhdəlikləri kəskin artıb
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ “Expressbank” ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə 40% artaraq 2018-ci il iyulun 1-nə 440,153 mln. manata çatıb. Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi bu il ərzində 23% artaraq 205,365 mln. manata yüksəlib.

“Report” bu barədə bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 74% artaraq 295,000 mln. manata yüksəlib. Bankların və digər maliyyə institutlarının depozitləri istisna olmaqla depozit portfeli ilin əvvəlindən 80% artaraq 261,350 mln. manat olub.

Bu ili iyulun 1-nə bankın nizamnamə kapitalı 137,257 mln. manat, cəmi kapitalı 145,152 mln. manat, məcmu kapitalı 140,949 mln. manat təşkil edib.

“Expressbank” 2018-ci ilin birinci yarısında 992 min manat mənfəət əldə edib. 

Son xəbərlər

Orphus sistemi