Bakı. 6 noyabr. REPORT.AZ/ "Expressbank" ASC cari ilin yanvar-sentyabr ayları ərzində 3,6 mln. manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% azdır.
"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə Bankın gəlirləri illik müqayisədə 13,8% artaraq 40,5 mln. manata çatıb. Bu müddət ərzində faiz gəlirləri 13,4% artaraq 32,9 mln. manata, qeyri-faiz gəlirləri isə 15,6% artaraq 7,5 mln. manata yüksəlib.
Bununla yanaşı, xərclər 30,1% artaraq 36,9 mln. manat təşkil edib. Bu müddətdə faiz xərcləri 17,2% artaraq 7,4 mln. manat, qeyri-faiz xərcləri 32,4% artaraq 28,4 mln. manat olub.
Beləliklə, cari ilin ilk doqquz ayında "Expressbank"ın faiz mənfəəti 25,5 mln. manat, qeyri-faiz zərəri 20,9 mln. manat təşkil edib. Bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,4% və 39,7% çoxdur.