​"Expressbank"ın faiz mənfəəti artıb

​"Expressbank"ın faiz mənfəəti artıb İlk yarımillikdə Bankın qeyri-faiz zərəri isə kəskin artıb
Maliyyə
15 İyul , 2015 12:12
​Expressbankın faiz mənfəəti artıb

Bakı. 15 iyul. REPORT.AZ/ "Expressbank" ASC cari ilin yanvar-iyun ayları ərzində 2,9 mln. manat həcmində mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə Bankın gəlirləri illik müqayisədə 14,9% artaraq 26,5 mln. manat, xərcləri 41,6% artaraq 23,6 mln. manat təşkil edib.

Birinci yarımildə Bankın faiz gəlirləri illik 13,9% artaraq 21,5 mln. manat, faiz xərcləri 20,1% artaraq 4,8 mln. manat olub. Beləliklə, birinci yarımili bank 16,7 mln. manat faiz mənfəəti ilə başa vurub. Bu isə 2014-cü ilin ilk yarısına nisbətən 12,22% çoxdur.

Hesabat dövründə "Expressbank"ın qeyri-faiz gəlirləri 19,6% artaraq 5,0 mln. manat, qeyri-faiz xərcləri 46,3% artaraq 18,1 mln. manat təşkil edib. Nəticədə, qeyri-faiz əməliyyatları üzrə 13,1 mln. manatlıq zərər yaranıb ki, bu da illik müqayisədə 59,9% çoxdur.

Qeyd edək ki, hesabat dövründə Bankın PR və marketinq xərcləri 2,2 dəfə artaraq 759 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi