"Expressbank" əmanət qəbulu şərtlərini dəyişib

"Expressbank" əmanət qəbulu şərtlərini dəyişib Bank ABŞ dollarında qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini 3% azaldıb
Maliyyə
21 İyul , 2016 21:01
Expressbank əmanət qəbulu şərtlərini dəyişib

Bakı. 21 iyul. REPORT.AZ/ "Expressbank" ASC ABŞ dollarında qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini 3% azaldıb. 

Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, əgər indiyə qədər dollarla klassik əmanətlər faizlərin aylıq və yaxud müddətin sonunda ödənilməsindən asılı olaraq illik 7-8%-lə qəbul edilirdisə, hazırda illik gəlirlilik 4-5%-dir.

Bundan başqa, "Expresssbank" yığım əmanətləri üzrə illik faizləri 6-7%-dən 3-4%-ə endirib. Həmçinin, indi bankda avro ilə əmanətlər onun məbləğindən asılıl olaraq qəbul edilir, illik faiz dərəcələri fərdi qaydada razılaşdırılır.

Son xəbərlər

Orphus sistemi