​"Expressbank"da pay alan fiziki şəxslərin adları açıqlanıb

​"Expressbank"da pay alan fiziki şəxslərin adları açıqlanıb "Ador" MMC bankdakı payını iki fiziki şəxsə satıb
Maliyyə
27 İyul , 2016 11:31
​Expressbankda pay alan fiziki şəxslərin adları açıqlanıb

Bakı. 27 iyul. REPORT.AZ/ "Expressbank" ASC-də iştirak payı alan iki fiziki şəxsin adı məlum olub. "Report" Bankın hesabatına istinadən xəbər verir ki, yeni səhmdarlar Hikmət Xammədov və Hafiz Seyidovdur.

Ötən ilin sonuna adı çəkilən şəxslərin "Expressbank"dakı payı müvafiq olaraq 25% və 17% olub. Onlar indiyə qədər Bankın səhmdarı olan "Ador" MMC-nin 42%-lik payını əldə ediblər.

Eyni zamanda, 2015-ci ilin sonuna "Expressbank"ın qalan səhmləri "AZENCO Group" MMC-yə (40%), "EnerqoServis" MMC-yə (17,61%) və "Azərnəqliyyatservis" MMC-yə (0,31%) məxsus olub.

Maraqlıdır ki, Bank ötən gün 2016-cı ilin ilk yarısı ilə bağlı açıqladığı hesabatda səhmdarlarının 2 hüquqi və 2 fiziki şəxs olduğunu bəyan edib.

Qeyd edək ki, yeni səhmdarlardan biri - Hikmət Xammədov eyni zamanda "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-də 98,5%-lik paya malikdir.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb və 2010-cu ildə rebrendinq edib.

Son xəbərlər

Orphus sistemi