"Expressbank"da əmanətlərin həcmi artıb

"Expressbank"da əmanətlərin həcmi artıb Bankın kredit portfeli isə 12,2% artaraq 235,9 mln. manat olub
Maliyyə
14 Oktyabr , 2015 13:17
Expressbankda əmanətlərin həcmi artıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Expressbank" ASC-nin aktivləri 2015-ci il 1 oktyabr  tarixinə 286,6 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 25,6 mln. manat və ya 12,2% artaraq 235,9 mln. manat olub.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat dövrünə bankda müştəri depozitlərinin həcmi 100,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 55,1 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 8,1% çoxdur.

Bankın 2015-ci il 1 oktyabr  tarixinə məcmu kapitalı  141,2 mln. manat təşkil edib.

"Expressbank" Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. 

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı var.

Son xəbərlər

Orphus sistemi