"Expressbank"ın mənfəəti kəskin azalıb

"Expressbank"ın mənfəəti kəskin azalıb Bankın qeyri-faiz zərəri əhəmiyyətli artıb
Maliyyə
4 May , 2015 08:34
Expressbankın mənfəəti kəskin azalıb

Bakı. 4 may. REPORT.AZ/ "Express Bank" ASC-nin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,11 dəfə azalaraq 2015-ci ilin I rübündə 1,6 mln. manata düşüb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-mart aylarında Bankın gəlirləri 12,32% artaraq 12,8 mln. manat, o cümlədən faiz gəlirləri 10,49% artaraq 10,4 mln. manat, qeyri-faiz gəlirləri 21,05% artaraq 2,4 mln. manata çatıb. Hesabata əsasən, xərclərdə isə artım daha kəskin olub. Belə ki, cəmi xərclər 76,88% artaraq 11,1 mln. manata yüksəlib. O cümlədən, faiz xərcləri 27,95% artaraq 2,4 mln. manat, qeyri-faiz xərcləri 98,92% artaraq 8,5 mln. manat olub.

Bu müddətdə PR və marketinq xərcləri də 166 min manatdan 268 min manata yüksəlib.

Hesabata görə, "Express Bank"ın xalis faiz mənfəəti 8,0 mln. manat, qeyri-faiz zərəri 6,1 mln. manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 7,5 mln. manat mənfəət və 2,3 mln. manat zərər olub.

Qeyd edək ki, Bankın müştərilərinin sayında da ötən ilə nisbətən artım müşahidə olunub və onların sayı bu ilin aprelin 1-nə 109,7 min nəfərə çatıb. Müştərilərin 634 nəfəri hüquqi, qalanı isə fiziki şəxslərdir.

Son xəbərlər

Orphus sistemi