“Expressbank”ın mənfəəti 3,5 dəfə azalıb

“Expressbank”ın mənfəəti 3,5 dəfə azalıb Bakı. 30 aprel. REPORT.AZ/ “Express Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 22% artaraq 2018-ci il aprelin 1-nə 354 709 min manata çatıb.
Maliyyə
30 Aprel , 2018 11:36
“Expressbank”ın mənfəəti 3,5 dəfə azalıb

Bakı. 30 aprel. REPORT.AZ/ “Express Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 22% artaraq 2018-ci il aprelin 1-nə 354 709 min manata çatıb.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bankın  kredit portfeli (məqsədli ehtiyat çıxılmaqla) illik 10% artaraq bu il aprelin 1-nə 185 713 min manat təşkil edib.

Cəmi öhdəliklər illik 44% artaraq 210 022 min manat, o cümlədən depozit portfeli illik 86% artaraq 182 168 min manat olub. 2018-ci il aprelin 1-nə bankın cəmi kapitalı 144 687 min manat olub.

Bank 2018-ci ilin birinci rübü ərzində 749 min manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə azdır. 2018-ci ilin yanvar-mart aylarında bankın faiz gəlirləri 7 231 min manat, faiz xərcləri 1 971 min manat, qeyri-faiz gəliri 2 387 min manat, qeyri-faiz xərci 7 970 min təşkil edib.

Son xəbərlər

Orphus sistemi