Yuxarı

“European Tobacco-Baku” səhmdarlarına dividend ödəyəcək

“European Tobacco-Baku” səhmdarlarına dividend ödəyəcək

41

İyunun 22-də, saat 10:00-da “European Tobacco-Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 125 ünvanında yerləşən iş mərkəzində olacaq. 

Yığıncağın gündəliyinə müəssisənin idarəetmə orqanlarının ötən ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair illik hesabatın təsdiq edilməsi, 2018-ci ildə əldə edilmiş xalis mənfəətin səhmdarlar arasında bölüşdürülməsi və dividendlərin ödənilməsi məsələləri daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi