ƏSF: Kreditə girov qoyulan əmanətlər də sığortalanacaq

ƏSF: Kreditə girov qoyulan əmanətlər də sığortalanacaq Azad Cavadov: "Dollar əmanətlərinin gəlirliyi 3%-dən çoxdursa, 30 min dollara qədər olan hissəsi sığortalanacaq"
Maliyyə
3 Mart , 2016 12:51
ƏSF: Kreditə girov qoyulan əmanətlər də sığortalanacaq

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən banklarda yerləşdirilən bütün manat əmanətləri qorunacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib: "Amma dollarla olan əvvəlki əmanətlərin faiz dərəcəsi 3%-dən çoxdursa, 30 min manata qədər hissəsi sığortalanacaq".

A.Cavadov qeyd edib ki, martın 2-dən banklara yerləşdirilən illik faiz dərəcəsi 3%-dən çox olan xarici valyutada olan əmanətlər sığortalanmayacaq: "Qanundan iki maddə çıxarılıb. Köhnə qanunda göstərilirdi ki, əmanət kredit borcuna görə bloklanırdı və həmin əmanətlər qorunmayan əmanətə aid edilirdi. Lakin hazırkı şərtlərə görə, sığorta hadisəsi baş verərsə, kredit borcu olan əmanətçilərin əmanətlərinin bir hissəsi vaxtı çatmış kreditə yönəldiləcək, qalan hissəsi isə əmanətçiyə qaytarılacaq".

Son xəbərlər

Orphus sistemi