Yuxarı

​Əsas səhmdar "Nikoil Bank"ın depozit portfelini artırıb

Əhalinin müddətli əmanətlərinin həcmi ilin əvvəlindən 30% artıb

Bakı. 25 noyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin depozit portfelinin həcmi 266 mln. manata çadırılıb. "Report"un banka istinadən verdiyi xəbərə görə, bu, bankın əsas səhmdarının keçən həftə 10 mln. ABŞ dolları həcmində əmanət yerləşdirməsi nəticəsində baş tutub. Bununla da səhmdar depozit portfelini 4,1% artırıb.

Qeyd edək ki, 2015-ci ilin III rübünün sonuna "Nikoil Bank"ın fiziki şəxslərin müddətli əmanətləri üzrə depozit portfelinin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 35% artaraq 211 mln. manat təşkil edib.

Əhalinin müddətli əmanətlərinin həcmi ilin əvvəlinə 165 mln. manat təşkil edib, cari il üzrə artım 46 mln. manat (27,9%) olub.

Xatırladaq ki, hazırda "Nikoil Bank"ın üç əsas səhmdarı var. Bu, "Topaz Investments" QSC (56,4%), "Nikoil" QSC (42,6%) və "ISR Holding" MMC-dir (1,0%).

Qeyd edək ki, "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi