Əsas Qərb indeksləri yüksəlib

Əsas Qərb indeksləri yüksəlib Qızılın qiyməti isə 1 188,2 dollar/unsiyaya düşüb
Maliyyə
30 Dekabr , 2014 09:59
Əsas Qərb indeksləri yüksəlib

Bakı. 30 dekabr. REPORT.AZ/ Dekabrın 29-da Amerika fond bazarında Dow Jones indeksində 0,09% azalma müşahidə edilib və 18 038,23 bənd təşkil edib, S&P 500 0,09% - 2 090,57 bəndədək, Nasdaq isə 0,7% - 4 773,47 bəndədək artıb.

"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarında dekabrın 29-da FTSE 100 indeksi 0,36% - 6 633,51 bəndədək, Almaniya DAX-ı 0,05% - 9 927,13 bəndədək, Fransa CAC-40-ı isə 0,51% - 4 317,93 bəndədək artıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,52% ucuzlaşaraq 1 188,20 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2197 dollar (+0,2%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi