Ermənistan qadınlar arasında işsizlik səviyyəsinin ən yüksək olduğu post-sovet ölkəsidir

Ermənistan qadınlar arasında işsizlik səviyyəsinin ən yüksək olduğu post-sovet ölkəsidir Bakı. 9 mart. REPORT.AZ/ Ermənistan qadınlar arasında işsizlik səviyyəsinə görə, post-sovet ölkələri arasında 17,3%-lik göstərici ilə liderdir. 
Maliyyə
9 Mart , 2018 17:19
Ermənistan qadınlar arasında işsizlik səviyyəsinin ən yüksək olduğu post-sovet ölkəsidir

Bakı. 9 mart. REPORT.AZ/ Ermənistan qadınlar arasında işsizlik səviyyəsinə görə, post-sovet ölkələri arasında 17,3%-lik göstərici ilə liderdir. 

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı (İLO) məlumat yayıb. 

Qurumun hesabatında bildirilir ki, Azərbaycan bu baxımdan 4,8%-lik göstərici ilə 5-ci yerdədir. 

Ən az qadın işsizliyi Belarusda qeydə alınıb - 0,5%. Moldova 2,4%-lə 2-ci, Türkmənistan 2,8%-lə 3-cü olub. Rusiya isə 4,1%-lik qadın işsizliyi göstəricisi ilə 4-cü yeri tutub. 

Bundan başqa, hesabata əsasən, dünyanın inkişaf etmiş ölkələrindən olan Fransada qadınların 8%-i, Çində 3,8%-i, ABŞ-da 3,6%-i, Almaniyada 3,1%-i , Yaponiyada isə 2,3%-i işsizdir. 

Son xəbərlər

Orphus sistemi