Ər-Riyad və Pekin 20 mlrd. dollarlıq investisiya fondu yaradır

Ər-Riyad və Pekin 20 mlrd. dollarlıq investisiya fondu yaradır Mart ayında iki ölkə arasında 65 mlrd. dollarlıq anlaşmalar imzalanıb
Maliyyə
24 Avqust , 2017 19:53
Ər-Riyad və Pekin 20 mlrd. dollarlıq investisiya fondu yaradır

Bakı. 24 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanı və Çin 20 mlrd. ABŞ dolları həcmində müştərək investisiya fondu qurmağı planlaşdırır.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı S.Ərəbistanının energetika naziri Xalid əl-Falih verib.

Nazir açıqlamalarında bildirib ki, Fondda yaranan əlavə vəsait və gəlir iki ölkə arasında bərabər bölüşdürüləcək. Bununla yanaşı, tərəflər 20 mlrd. dollar həcmində 11 işgüzar anlaşma imzalayacaqlarını bildirib. 

Qeyd edək ki, bu ilin mart ayında S.Ərəbistanı və Çin 35 iri layihəni əhatə edən 65 mlrd. dollar dəyərində 14 anlaşma imzalayıb. Çinin xarici işlər naziri Çjan Minin sözlərinə görə, bu anlaşmalar investisiya, elmi-texniki sahə, infrastruktur layihələri, energetika sektoru, kosmos və s. sahələri əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi