Energetika Nazirliyinə ayrılmış vəsaitin 7%-i istifadə edilməyərək büdcəyə qaytarılıb

Energetika Nazirliyinə ayrılmış vəsaitin 7%-i istifadə edilməyərək büdcəyə qaytarılıb Hesabat ilində nazirliyin borcu 8 dəfə artaraq 3,2 min manata çatıb
Maliyyə
28 May , 2016 13:21
Energetika Nazirliyinə ayrılmış vəsaitin 7%-i istifadə edilməyərək büdcəyə qaytarılıb

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyi üzrə 2015-ci ilin dövlət büdcəsində 4 154,7 min manat həcmində vəsaitin ayrılması təsdiq olunub.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd edilib.

Hesabat ilində nazirliyə 3 501,7 min manat həcmində maliyyələşmə açılıb, 3 262,0 min manat və ya təyinatın 78,5%-i həcmində kassa xərci və 3 698,2 min manat faktiki xərc olub.

Nazirliyin Aparatının saxlanmasına 2015-ci ildə sərf edilmiş vəsait 2014-cü illə müqayisədə 332,8 min manat və ya 11,4% çox olub.

2015-ci ildə sərf edilmiş vəsaitin 2 763,6 min manatı (84,7%-i) əməyin ödənişi xərclərinə, 293,9 min manatı (9%-i) malların alınmasına, 62.7 min manatı (1,9%-i) təqaüd və sosial müavinətlərə, 99,5 min manarı digər xərclərə (3,1%), 42,2 min manatı (1,3%-i) qeyri-maliyyə aktivlərinin alınmasna yönəldilib.

Açılmış maliyyələşmədən ilin sonunda 239,7 min manat və ya 6,8% vəsait istifadə edilməyərək geri qaytarılıb. Dövlət büdcəsinə qaytarılan vəsaitin 169,1 min manatı əmək haqqı, 38,6 min manatı əmək haqqına üstəlik, 3,1 min manatı idarənin saxlanması, 7,6 min manatı ezamiyyə, 9,6 min manatı nəqliyyat xidmətləri haqqının ödənilməsi, 5,7 min manatı kommunal və kommunasiya xidmətləri, 2,2 min manatı təqaüdlər və sosial müavinətlər, 2,6 min manatı digər xərclər və 1,2 min manat ayrı-ayrı xərclər üzrə olub.

Debitor və kreditor borcları barədə təqdim edilmiş hesabata əsasən, nazirlik üzrə dövlət büdcəsindən açılmış vəsaitlər üzrə ilin sonuna debitor borcu 53,8% azalaraq 6 min manat təşkil edib ki, bunun da 4,4 min manatı xarici ezamiyyələr, 1,6 min manatı isə sair xərclər üzrə olub. Kreditor borcu isə ilin sonuna 8 dəfə artaraq 3,2 min manat, o cümlədən 0,1 min manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, 3,1 min manat iş qabiliyyətini müvəqqəti itirdiyinə görə verilən müavinətlər üzrə olub.

Son xəbərlər

Orphus sistemi