​Ən böyük suveren fond mənfəətini açıqlayıb

​Ən böyük suveren fond mənfəətini açıqlayıb Fondun gəliri 2,7% olub
Maliyyə
9 Mart , 2016 20:00
​Ən böyük suveren fond mənfəətini açıqlayıb

Bakı. 9 mart. REPORT.AZ/ Dünyanın ən böyük suveren fondu olan Norveç Qlobal Pensiya Fondu (əvvəllər Neft Fondu) 2015-ci ildə son 5 ilin ən aşağı gəlirliliyinə sahib olduğunu açıqlayıb. "Report" "Financial Times"a istinadən xəbər verir ki, 830 mlrd. dollar vəsaitə sahib olan Fond 2015-ci ildə 2,7% gəlir əldə edib. Qəzetdən verilən məlumata görə, Braziliya aktivləri və neft aktivlərində zərər etməsinə baxmayaraq, Fond yapon şirkətləri və farmasevtika sahəsindəki şirkətlərə qoyduğu sərmayədən əldə etdyi gəlirlə nəticədə ili mənfəətlə başa vurub.

Fondun illik hesabatında səhmlərdən 3,8%, istiqrazlardan 0,3%, daşınmaz əmlakdan isə 10% gəlir əldə olunduğu qeyd edilib. Bununla bərabər, o, inkşaf etməkdə olan ölkələdən 7%, Braziliyadakı ativlərində isə 38% zərər etdiyini açıqlayıb. Fond Rusiya aktivlərindən 8,7% gəlir əldə edib. Qeyd edək ki, Fondun aktivlərinin 0,3%-i Rusiyada yerləşir.

Fondun ən çox gəlir gətirən aktivləri sırasında "Alphabet", "Amazon" və "Microsoft", ən çox zərər etdikləri sırasında isə "Royal Dutch Shell", "Glencore" və "Santander" bankı yer alıb.

Fonda dövlət tərəfindən yatırılan vəsait 2015-ci ildə 4,9 mlrd. dollar təşkil edib ki, bu da 1999-cu ildən etibarən minimal məbləğ təşkil edib. Belə ki, son 18 ildə orta yatırılmış vəsait ildə 21,79 mlrd. dollar olub.

Fondu idarə edən "Norges Bank"ın investisiya departamentinin müdiri İnqve Slinqstad bildirib ki, 2015-ci il mənfi faizlər, dalğalı valyuta bazarı, azalan neft qiymətlər ilə yadda qalıb. Son 20 ildə Qlobal Pensiya Fondu ən sürətlə artan fond olub və dünyanın ən böyük fonduna çevrilib. İlk dəfə 2015-ci ildə isə Norveç hökuməti iqtisadiyyatı stimullaşdırmaq və büdcə kəsirini örtmək üçün Fondun vəsaitlərindən istifadə etməli olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun 2015-ci ildə gəliri 0,89% təşkil edib.

Son xəbərlər

Orphus sistemi