Yuxarı
    Bağlamaq

    Emmanuel Makronun ilk turda qələbəsi zəngin avropalılara 27 mlrd. dollar qazandırıb

    Kapitalı ən çox artan Zaranın sahibi Amansiuo Orteqa olub

    Bakı. 25 aprel. REPORT.AZ/ Fransada prezident seçkilərinin birinci turunun maliyyə bazarları tərəfindən arzuolunan namizəd Emmanuel Makronun qələbəsi zəngin avropalıların kapitallarını 27 mlrd. ABŞ dolları artırıb. 

    "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, seçkilərdən sonrakı ilk iş günü, aprelin 24-də avropanın fond birjalarının yüksələrək son 19 ayın maksimal səviyyəsinə çatması nəticəsində "Bloomberg"in "Billionaire İndex"i (Milyarderlər indeksi) 2,6% artım göstərib.

    Gün ərzində kapitalı 2,7 mlrd. dollarla ən çox artan zəngin Amansio Orteqa olub. O, məşhur "Zara" imperiyasının sahibidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi