Əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar azalıb, ödənişlər artıb

Əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar azalıb, ödənişlər artıb Bakı. 23 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq azalıb.
Maliyyə
23 Fevral , 2019 17:31
Əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar azalıb, ödənişlər artıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq azalıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta şirkətlərinin yığımları 3 mln. 170 min manat təşkil edib. Bu, 2018-ci ilin yanvarı ilə müqayisədə 295,7 min manat və ya 8,5% azdır.

İlin ilk ayında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 326,5 min manatlıq ödəniş həyata keçirilib. Bu, ötən ilin yanvar ayındakı göstəricidən 289,6 min manat və ya 8,8 dəfə çoxdur.

Xatırladaq ki, ötən il ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta şirkətlərinin yığımları 59 mln. 373,4 min manat, ödəniş isə 3 mln. 074,3 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi