Yuxarı

“Emirates Group”un gəlirləri 8% artıb

​“Emirates Group” gəlirləri 8% artıb
​“Emirates Group” gəlirləri 8% artıb

"Emirates Group" 2019-2020-ci maliyyə ilinin yarımillik nəticələrini açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, cari altı ayda (aprel - oktyabr) keçən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 8% artaraq 14,5 mlrd dollar, xalis mənfəəti isə 320 mln dollar olub.

Məlumata görə, mənfəətin artmasının əsas səbəbi yanacağın qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə 9% enməsi olub, lakin bu qazanc mənfi məzənnə dəyişiklikləri ilə qismən bərabərləşib.

2019-cu ilin oktyabr ayının 1-nə “Emirates Group”un nağd pul mövqeyi cari ilin aprelin 1-nə nisbətən 5% artaraq 6,3 mlrd dollar olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi