"Embawood" şirkəti istiqraz buraxılışı üzrə öhdəliklərini tam yerinə yetirib

"Embawood" şirkəti istiqraz buraxılışı üzrə öhdəliklərini tam yerinə yetirib "Paşa Bank" bu günədək 213 mln. manatlıq korporativ istiqrazların yerləşdirməsində emitentlərə xidmət göstərib
Maliyyə
2 Sentyabr , 2015 13:39
Embawood şirkəti istiqraz buraxılışı üzrə öhdəliklərini tam yerinə yetirib

Bakı, 2 sentyabr. REPORT.AZ/ "Embawood" şirkəti Bakı Fond Birjasında 10 mln. manat həcmində istiqraz buraxılışından yaranmış maliyyə öhdəliyini tamamilə yerinə yetirib. İstiqrazlar "Paşa Bank" ASC tərəfindən 2014-cü ilin avqust ayında 1 illik müddətə dövriyyəyə buraxılıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "Paşa Bank" bu günədək 15 korporativ istiqraz emissiyasının (213 mln. manat) yerləşdirməsində şirkətlərə market-meyker və anderraytinq xidmətləri göstərib.

Son xəbərlər

Orphus sistemi