Yuxarı
    Bağlamaq

    ​"Embafinans"ın mənfəəti 18 dəfə azalıb

    Bank olmayan kredit təşkilatı 2015-ci ili cəmi 67 min manat xalis mənfəətlə başa vurub.

    Bakı. 13 iyul. REPORT.AZ/ 2015-ci ilin yekununa görə, "Embafinans" - bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin cəmi aktivləri 23,252 mln. manat təşkil edib. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 32,4% azdır.

    İl ərzində "Embafinans"ın cəmi öhdəlikləri 50% azalaraq 11,452 mln. manat, cəmi kapitalı isə 0,6% artaraq 11,8 mln. manat olub.

    2015-ci ildə BOKT-un aktivlərinin 69,1%-ni və yaxud 16,069 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu, 2014-cü ilə nisbətən 40,7% azdır.

    Ötən il "Embafinans"ın öhdəliklərinin 66%-i və yaxud 7,554 mln. manatı isə banklardan alınmış kreditlərin paytına düşüb. Bu da əvvəlki illə müqayisədə 35,9% azdır.

    Hesabat dövründə BOKT-un əməliyyat gəliri 3,246 mln. manat, əməliyyat xərci 3,126 mln. manat, mənfəət vergisi xərci isə 53 min manat olub. Bununla da "Embafinans" 2015-ci ili 67 min manat xalis mənfəətlə başa vurub.

    Xatırladaq ki, 2014-cü ilin yekununda BOKT-un xalis mənfəəti 1,23 mln. manat təşkil etmişdi. Başqa sözlə, 2015-ci ildə mənfəət göstəricisi təxminən 18 dəfə azalıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi