“Embafinans” BOKT-nin istiqrazlarına 5 investor maraq göstərib

“Embafinans” BOKT-nin istiqrazlarına 5 investor maraq göstərib Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlarının (1 milyon manatlıq) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
14 Noyabr , 2019 16:21
“Embafinans” BOKT-nin istiqrazlarına 5 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlarının (1 milyon manatlıq) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 5 investor, ümumilikdə, 1,523 milyon manatlıq sifariş təqdim edib.

Başqa sözlə, qiymətli kağızlara tələb təklifi 52,3% üstələyib və onların hamısı yerləşdirilib.

Standart bazar seqmentində listinqdə olan istiqrazların tədavül müddəti 1 ildir. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Son xəbərlər

Orphus sistemi