​Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasında dəyişiklik olacaq

​Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasında dəyişiklik olacaq Mərkəzi Bank Fondun Himayəçilər Şurasındakı nümayəndələrindən birini dəyişəcək
Maliyyə
8 İyun , 2016 13:36
​Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasında dəyişiklik olacaq

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasındakı (HŞ) nümayəndələrindən birini dəyişəcək. "Report" xəbər verir ki, söhbət İsi Mustafayevdən gedir. Bunun səbəbi onun artıq AMB-də çalışmaması ilə bağlıdır.

Məsələ ondadır ki, İ.Mustafayev qurumun ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamenti daxili nəzarət şöbəsinin böyük inspektoru olub. Hazırda isə o, "AGBank" ASC-nin Xəzinədarlıq Departamentinin direktoru vəzifəsində işləyir. Odur ki, İ.Mustafayevin başqası ilə əvəz edilməsi zərurəti yaranıb.

ADİF-nin nizamnaməsinə əsasən, Himayəçilər Şurasının üzvü onun namizədliyini təqdim etmiş təşkilatda vəzifəsindən azad edildikdə səlahiyyətlərinə xitam verilir. Amma bunun üçün AMB ADİF-ə məktubla müraciət etməlidir. ADİF-in icraçı direktoru Azad Cavadov "Report"a bildirib ki, Fond hələ bununla bağlı AMB-dən məktub almayıb.

AMB-ni Himayəçilər Şurasında, həmçinin qurumun baş direktoru Rəşad Orucov və Hüquq Departamentinin direktoru Rəna Məlikova təmsil edirlər.

Son xəbərlər

Orphus sistemi