Yuxarı

​Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına sədr təyin edilib

Bu vəzifəyə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının üzvü İlqar Muradov təyin olunub

Bakı. 29 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının üzvü İlqar Muradov Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasına (HŞ) sədr təyin edilib. Bu barədə "Report" ADİF-nin saytına istinadən xəbər verir.

HŞ-ya İ.Muradovla yanaşı, MBNP-nin Strateji təhlil və risklərin idarəedilməsi İdarəsinin rəisi, Strateji xidmətlər Departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Asim Zülfüqarov, Azərbaycan Mərkəzi Bankı Makroiqtisadi tədqiqatlar Departamentinin direktoru Şaiq Adıgözəlov, İqtisadiyyat Nazirliyi strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizov, Maliyyə Nazirliyi maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov və “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi